image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210420_090123_459backend

“Qalatasaray” Avropa Superliqasına qatılacaqmı?

image-728x90px
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz klubun yeni yaradılan Avropa Superliqasına qatılıb-qatılmayacağı barədə danışıb.

Doğru.az xəbər verir ki, 71 yaşlı funksioner DHA-ya açıqlamasında İstanbul təmsilçisinə yarışla əlaqədar rəsmi təklif gəlmədiyini deyib:

“Qalatasaray”ın mənfəəti üçün nə lazımdırsa, onu edərəm. Təbii ki, cəmiyyətimizin icazəsi və təsdiqi olmadan qərar verə bilmərik. Avropadakı bütün böyük klubların prezidentləri mənim yaxın dostlarımdır. Xüsusilə də “Real”ın prezidenti Florentino Peres. Hətta bir matçdan sonra nəvəm Mertə forma da hədiyyə etmişdi. Amma hazırda Avropa Superliqası üçün bizə rəsmi təklif göndərilməyib. Belə bir təklif olarsa, cəmiyyətimizin maraqlarına uyğun hərəkət edəcəyik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki