“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə çərçivəsində yazı müsabiqəsinin qaliblərini açıqlayıb.
Doğru.az xəbər verir ki, sentyabrın 17-də Bakıda, Gəncliyə Yardım Fondunun iclas zalında keçirilən yekun tədbirdə mükafatlandırma mərasimi təşkil olunub.
Müsabiqəyə ümumilikdə 20-yə yaxın yazı təqdim olunub. Qaydaları pozan yazılar kənarlaşdırıldıqdan sonra seçim aparılıb və nəticədə 3 qalib, əlavə olaraq isə 3 iştirakçı xüsusi diplomla mükafatlandırılıb.
Plaketlə təltif olunan əsas qaliblər:
Şeyma Bilgi – Anadolu Universiteti Açıköğretim Fakültəsi, II kurs tələbəsi
Yusuf Çağlar Demirağ – Anadolu Universiteti (Erasmus proqramı ilə), Parisdə yaşayır
Sübhan Xıdırzadə – Dokuz Eylül Universiteti, magistr tələbəsi
Xüsusi diplomla təltif olunanlar:
Nərgiz Məmmədli – Süleyman Dəmirəl Universiteti, Jurnalistika fakültəsi, III kurs
Umut Meriç Berberoğlu – Ege Universiteti Türk Dünyası Araştırmaları İnstitutu, magistr
Rafael Badırxanov – Manisa Celal Bayar Universiteti, Sosiologiya fakültəsi, IV kurs
Məlumata görə, bu tələbələrin yazıları Azərbaycanın nüfuzlu internet media orqanlarında dərc edilib. Tədbirdə iştirak edən Nərgiz Məmmədli diplomunu şəxsən alıb. Digər qaliblərin mükafatları isə müvafiq olaraq İzmir Azərbaycan Dərnəyinin rəhbəri Pərviz Altay və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgülə təqdim olunub. Onlar Türkiyəyə qayıtdıqdan sonra müvafiq qaliblərə CASCFEN adından təqdim ediləcək.
DOĞRU.AZ