image-n1karobka_ads
image-123
image-17490437074169249607_1200x630backend

Qanunsuz dini təbliğata görə əcnəbilər barəsində hüquqi tədbirlər görüldü

Azərbaycanda qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin birgə məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər – 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənifin (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Buxun (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər Miqrasiya Məcəlləsinin 79.1.2-ci maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki