image-2000x150px
image-123
image-ads_atlas
image-16405917845014516446_1000x669backend

“Qarabağ İlmələrdə” sənədli filminin təqdimat mərasimi keçiriləcək – FOTO

image-728x90px

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ İlmələrdə” adlı sosial layihə çərçivəsində hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.

Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

Azərbaycan xalqının birliyini, həmrəyliyini bir daha nümayiş etdirən “Qarabağ İlmələrdə” filmi izlənildikdən sonra 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi olacaq.

Ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev,rejissor Bəhruz Qədirov, quruluşçu operator Böyükağa Nağıyev olan “Qarabağ İlmələrdə” filminin təqdimatı 28 dekabr saat 15:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

DOĞRU.AZ

image-img-20211227-wa0024

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki