image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210811-wa0015backend

QARABAG ŞƏHİDLƏRİNİN Xatirəsinə həsr olunmuş Kikboksinq üzrə turnir keçiriləcək – FOTO

image-728x90px

14-15.08.2021-ci il tarixində Xəzər rayon İdman və Gənclər İdarəsi Azərbaycan Kikboksinq Federasiyası ,, Vətən ” Kikboksinq klubu Qarabag Şəhidlərinin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə turnir keçiriləcək.

Turnir Şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Tədbirdə Şəhid ailələri və Qazilərimizdə iştirak edəcəklər. Kiçik yaşlı Vətənpərvərlər öz şeir və mahnıları ilə çıxışlarını nümayiş etdirəcəklər.

Tədbirin əsas məqsədi gənc idmançılarımızı saglam həyat tərzinə istiqamətləndirmək , onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan maragını artırmaq, fiziki və psixoloji inkişafına fayda verməkdir.

Turnirdə Bakı və digər rayonlardan olan eyni çəkili idmançılar iştirak edəcəklər. Tədbir açıq havada bizi virusdan qoruyacaq gigyena qaydalarına uygun nəzərdə tutulub. ,, Vətən” idman klubu ilk öncə Azərbaycan Kinkboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyevə Klubun yaranmasında , fəaliyyətində göstərdiyi köməkliklərə görə xüsusi təşəkkürünü bildirir. Federasiyanın Prezidenti Orxan Əliyevə göstərdiyi diqqətə görə dərin minnətdarlıq edir.

Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyevə təşəkkürünü bildirir.Sonda qeyd etmək istədiyimiz ,, Vətən ” İdman klubuna sponsorlugunu öz üzərinə götürən ,, SALT HOTEL” Şirkətinin rəhbərliyinə həmçinin ,, ARİVA CONCEPT” Şirkətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.Turnirdə iştirak edən idmançılarımıza daima qələbə, ugur , digər ölkələrdə isə üç rəngli bayragımızı hər zaman birincilikdə dalgalandırmaqlarını arzulayırıq.

DOĞRU.AZ

image-img-20210811-wa0013

image-img-20210811-wa0014

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki