image-n1karobka_ads
image-123
image-1769190686_fk-karabach-agdam-eintracht-frankfurtbackend

“Qarabağ” tarixinin ən bahalı satışına imza atacaq

image-add-a-heading

«Qarabağ» Çempionlar Liqasında keçirdiyi yeddi oyunun altısında qol vurub, yalnız «Napoli»nin qapısına yol tapa bilməyib.

Sfera.az bildirir ki, «Benfika»dan sonra «Ayntraxt»ı da 3 dəfə meydanın mərkəzinə gəlməyə məcbur etdilər.

Soyuq başla analiz edəndə görürsən ki, almanlarla Bakıdakı son oyun əvvəlkilərdən bir qədər fərqləndi. «Qarabağ» az qol fürsəti yaratdı və rəqibə də az qol fürsəti verdi.

Mateuş Koxalski demək olar gözə dəymədi: polşalı qapıçının üzərinə düz-əməlli top gəlmədi, gələndə də seyvə ehtiyac qalmadı. Bu, yaxşı məqamdır.

Narahatlıq doğuran məqam Kamilo Duranın ön xətdə tək qalmasıdır. Kolumbiyalı tipik hücumçu deyil, universal biridir.

Yay transferini həm hücumun mərkəziqdə, həm də cinahda oynatmaq mümkündür, Qurban Qurbanov da belə edir.

Joel Montiel əla tapıntıdır. Doğrudan da, Qurbanovun onun yolunu 2-3 il gözləməsinə dəyərmiş!

Qoy bir müddət keçsin, ispaniyalı «Qarabağ»ın döyünən ürəyi olacaq. Potensialı hədsiz böyükdür, sadəcə, özünə gəlməsi, tam toparlanması lazımdır.

Uzun müddət oynamayıb, ağır zədədən qayıdıb – bu səbəblərdən prakatikasmın azlığı «Ayntraxt»la matçda orta sahədən texniki zonaya əl elədi.

Mənbə: Sportinfo

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki