image-n1karobka_ads
image-123
image-hdvbpyw5thi04rb8q6rprgaxvwssh2u2nua6ennf_1200backend

Qarabağ Universitetində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “(istiqamət üzrə) müəllim” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 19 iyul 2024-cü ildir.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://t.ly/QUt4v

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki