Qarabağdakı itkilərə görə Ermənistanda üçgünlük matəm başladıbackend

Qarabağdakı itkilərə görə Ermənistanda üçgünlük matəm başladı

Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında ölənlərlə bağlı üçgünlük ümummilli matəm başlayıb.

“Doğru.az”ın TASS-a istinadən məlumatına görə, hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, şənbə günü “Respublika” meydanından “Yerablur” xatirə kompleksinə qədər matəm yürüşü keçiriləcək. Yürüş saat 13:00-da başlayacaq və ona baş nazir Nikol Paşinyan rəhbərlik edəcək.

Bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından “Yerablur”a qədər ayrıca yürüş keçirəcəklər. Onlar müharibədəki itkilərə və uğursuzluğa görə Paşinyanı ittiham edirlər. Müxalifət liderləri bildiriblər ki, Paşinyanın matəm yürüşündə iştirakına imkan verməyəcəklər. Bu isə müəyyən bir gərginlik və müxalifətlə polis arasında toqquşma ehtimalı yaradır.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağda döyüş əməliyyatlarında 3 minə yaxın hərbçisinin öldüyünü açıqlayıb. Xeyli sayda itkin düşənlər var. Atəşkəs elan olunduqdan sonra Qarabağda və ətraf rayonlarda artıq 960 erməni hərbçisinin cəsədi aşkarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki