Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Qax rayonunda xüsusi əməliyyat həyata keçirilib. Məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun saxlanılma səbəbi barədə rəsmi açıqlama hələlik verilməyib.
Xatırladaq ki, Musa Şəkiliyev 2010-cu ildən Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
Mövzu ilə bağlı əlavə məlumatlar təqdim olunacaq.
DOĞRU.AZ