image-n1karobka_ads
image-123
image-68835f05ae5ac9661b60fad1backend

Qazaxıstanda hərbi helikopter radarlardan itib

image-ad_qayo_720x110px

Qazaxıstanın Almatı vilayətində göyərtəsində üç ekipaj üzvünün olduğu güman edilən EC-145 tipli helikopter radarlardan itib.

Doğru.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il iyulun 25-də Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus helikopter planlı uçuş zamanı əlaqə sistemlərindən itib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qazaxıstan müdafiə nazirinin göstərişi ilə hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya hadisə yerinə ezam olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Amur vilayətində An-24 tipli təyyarənin qəzaya uğraması nəticəsində 48 nəfər həyatını itirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki