Qazprom Neft 2024-cü il üçün hər bir səhm üçün 51,96 rubl təşkil edən aralıq dividendlər nəzərə alınmaqla hər səhmə 79,17 rubl məbləğində dividendlər ödəyə bilər.
TASS-ın məlumatına görə, müvafiq tövsiyələr “Qazprom Neft”in direktorlar şurası tərəfindən verilib. Qeyd olunur ki, səhmdarların qiyabi iclası keçiriləcək.
“2024-cü il üçün dividendlərin ümumi məbləği 375,34 milyard rubl təşkil edə bilər ki, bunun da 246,34 milyard rublu aralıq olaraq ödənilib”, – məlumatda deyilir.
Fevralın ortalarında bildirildi ki, Qazprom Neft 2024-cü il üçün MHBS üzrə xalis mənfəətini 25,2% azaldıb.
DOĞRU.AZ