image-n1karobka_ads
image-123
image-17222299561767256178_1200x630backend

Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub – FOTO

image-ad_qayo_720x110px

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-17222299566048416316_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki