Qənirə Paşayeva: “Doğru.az” saytına Şuşa saatını hədiyyə etdi -FOTObackend

Qənirə Paşayeva: “Doğru.az” saytına Şuşa saatını hədiyyə etdi -FOTO

Qarabağın beşiyi sayılan Şuşa şəhərinin və digər əzəli torpaqlarımızın erməni işğalından azad olunduğu gündən bu günə kimi ordumuzla çiyin-çiyinə informasiya döyüşündə mübarizə aparan mətbuat nümayəndələrini və fotoqrafları xalqımızla yanaşı, dövlət sturkturları da yüksək qiymətləndirərək uca tutmuşdular.

Dəyər verən insanlardan biridə Azərbaycanın millət vəkili, dəyərli və ziyalı xanım Qənirə Paşayeva oldu. Qənirə xanım tərəfindən üzərində Şuşa sözü həkk olunmuş qol saatı bir çox mətbuat nümayəndələrinə hədiyyə olundu.Qısa zamanda yaradılmış Doğru.az informasiya agentliyinin təsisçisi və direktoru, məhşur fotoqraf İlqam Cəbiyevdə Şuşanın adı həkk olunmuş qol saatı ilə mükafatlandırıldı. Qənirə Paşayevaya bu diqqətinə görə dərin təşəkkürümüzü bildiririk.Sevinirik ki, sözün dəyəri, çəkilən tarixi şəkillərin çəki meyyarı millət vəkilimiz Qənirə xanım tərəfindən hər zaman uca tutulub, tutulurda.

İnşallah qısa vaxtda Şuşa saatı Şuşada zamanın nəbzin tutaraq, qələbənin ardına köklənmiş qələbələri Şuşa saatı kimi dünyaya çatdıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki