image-2000x150px
image-123
image-ads_atlas
image-1623147670_qenirebackend

Qənirə Paşayeva məmurları tənqid etdi – SON DƏQİQƏ 

image-728x90px
Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.

Doğru.az -ın məlumatına görə, millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda daşmasına qarşı çıxırlar.

“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki