Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsinin yaralı qazisi Mehman Məmmədovla görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları və səhhəti ilə maraqlanıb. – “Siz əsgər və zabitlərimiz hərb tariximizin qızıl səhifəsinə düşəcək Qələbənin qazanılmasında fədakarlıqla iştirak edərək, sizdən sonra gələcək yeni hərbçi nəsillərimiz üçün unudlumaz örnəklər yaratdız.
Bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar əsgər və zabitlərimiz, başda Müzəffər Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açdı.
Müharibə günlərində şəhid olan hərbçi yoldşalarınızın ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk”.
Ali dövlət rəhbərliyinin yaralı hərbçilərimizə, şəhid ailələrinə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd edən Komitə sədri, bu diqqət və qayğının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Mehman Məmmədov səmimi görüş üçün təşəkkür edib.



























