Qətər hökuməti Dağıstanda baş verən terror aktlarını qətiyyətlə pisləyib və Rusiya hakimiyyətinə və xalqına başsağlığı verib.
Müvafiq bəyanatı Qətər Xarici İşlər Nazirliyi yayıb.
“Nazirlik zorakılıq, terrorizm və cinayət əməllərini rədd edən Qətər Dövlətinin mövqeyini bir daha vurğulayır”, – deyə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri qeyd ediblər.
Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Dağıstanda baş verən terror aktlarını pisləyib.
DOĞRU.AZ