image-n1karobka_ads
image-123
image-rian_5970956-hr-pic_32ratio_900x600-900x600-90039backend

Qırğızıstan gənc qızların və çağırışçıların xaricə getməsinə qadağa qoyulmasını təklif edir

Qırğızıstan parlamentinin deputatı Nadira Narmatova gənc qızları və orduda xidmət etməyən kişiləri ölkədən buraxmamağı təklif edib.

Bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.

“Xidməti olmayan uşaqlar başqa ölkələrə buraxıla bilməz. Həyatın ən yaxşı çağında olan oğlanların orduya getməməsi, xaricə getməsi və hər cür çətinliklərlə üzləşməsi faktları çoxdur. Hələ 18 yaşı tamam olmayan gənc qızlar da xaricə gedib həyatlarını qırırlar”.

Narmatova hesab edir ki, Qırğızıstanı yalnız “xidmət etmiş və yetişmiş”lər tərk edə bilər. Millət vəkili əmindir ki, gənclər ölkədən kənarda yaxşı heç nə gözləmir və orada ancaq “əziyyət çəkirlər”.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki