image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_51155803_l-2015-pic905-895x505-42988backend

Qırğızıstan hökuməti pedofillər üçün ölüm hökmünün tətbiqinə qarşı çıxıb

image-728x90px

Qırğızıstan hökuməti Joqorku Keneş (ölkə parlamenti) deputatlarının pedofillər üçün ölüm cəzasının tətbiqi təşəbbüsünə qarşı çıxıb. Bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.

“Ölüm hökmünün ləğvi ümumxalq səsverməsi ilə dəfələrlə təsdiqlənmiş fundamental konstitusiya normasıdır.

Bu, müvəqqəti moratorium deyil, şüurlu seçimdir”, – Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bildirib.

O, həmçinin parlamentarilərin təklifini “impulsiv” adlandırıb və qeyd edib ki, kabinet konstitusiyanı bu cür təşəbbüslərə qarşı fəal şəkildə müdafiə edəcək.

Mənbə: RİA Novosti

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki