image-ads_n1karobka_mobile
image-1562323772-8618backend

Qırğızıstan və Çin sərhədində zəlzələ olub

Çərşənbə günü axşam saatlarında Qırğızıstan və Çin sərhəddində 6,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyası məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Alma-Ata şəhərindən 261 km cənub-şərqdə, Çin və Qırğızıstan sərhəddində yerləşib.

Mənbə 25 km dərinlikdə olub.

Seysmoloqların bildirdiyinə görə, Alma-Atada 2-3 bal gücündə  zəlzələ hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəhər Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bəyan edib ki, zəlzələnin mümkün nəticələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki