image-n1karobka_ads
image-123
image-17455627573480315731_1200x630backend

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə başa çatıb – FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Nazirlikdən Doğru.az-a bildirilib ki, aprelin 24-də K.Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Azərbaycan incəsənət ustalarının təqdimatında caz musiqisi axşamı keçirilib.

Konsertdən əvvəl çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımaliyev mədəniyyət günlərinin uğurla reallaşması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib. O, qarşılıqlı mədəniyyət günlərinin qardaş xalqlarımızı daha da yaxınlaşdırdığını söyləyib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Qırğızıstan hökumətinə və tamaşaçılara minnətdarlığını bildirib.

Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini vuğrulayıb. Qeyd edib ki, iki ölkənin liderləri qardaş xalqlarımızın birliyi və bərabərliyi üçün böyük səy göstərirlər.

Səfir Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin rəhbərliyinə təşəkkür edib.

Çıxışlardan sonra səhnə musiqiçilərimizin ixtiyarına verilib.

Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) A.Məlikovun “Güllərim”, T.Quliyevin “Sən mənimsən” və “Qəmgin mahnı”, D.Reevesin “Tango”, E.Məmmədzadənin “Mikayılın rəqsi”, J.Bizenin “Karmen” operasından musiqi, V.Mustafazadənin “Bahar” əsərlərini və “Yallı” Azərbaycan xalq rəqsini yüksək peşəkarlıqla ifa ediblər.

Musiqiçilərin məharətli çıxışı Azərbaycan caz sənətinin köklü ənənələri olduğunu tamaşaçılara nümayiş etdirib.

Bununla da, ulu türk yurdu Qırğızıstanda dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng proqramı ilə qardaş xalqın yaddaşında silinməz iz qoyub.

DOĞRU.AZ

image-17455627572113457314_1200x630 image-17455627576026155117_1200x630 image-17455627571799333354_1200x630 image-17455627574748758318_1200x630 image-17455627572204518570_1200x630 image-1745562757571686512_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki