image-n1karobka_ads
image-123
image-dni_kultury_azerbaijana_160425backend

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

Proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.

Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki