Qırğızıstanda saxlanılan “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina ev dustaqlığına buraxılıb, Bişkekin Pervomayski Məhkəməsi bildirib.
Qırğızıstan vətəndaşı olan Sekerina hərbi münaqişələrdə iştirak etmək üçün muzdluların cəlb edilməsində şəriklik etməkdə şübhəli bilinir.
“Təqsirləndirilən Sekerina N.V.-nin həbs-qətimkan tədbiri müstəntiqin tələbi ilə ev dustaqlığına dəyişdirilib”, – RİA Novosti mətbuat xidmətinin nümayəndəsinə istinadən bildirir.
Onunla yanaşı, iş üzrə digər təqsirləndirilən şəxs də ev dustaqlığına buraxılıb.
Əvvəllər məlum olduğu kimi, Rus Evinin həbsdə olan əməkdaşı Nataliya Sekerina 2024-cü ildən nümayəndəlikdə işləyir və Qırğızıstan vətəndaşıdır. Bişkekdə bloger Viktor Vasilyevə də muzdluluq maddəsi ilə ittiham irəli sürülüb.
DOĞRU.AZ