image-n1karobka_ads
image-123
image-img_20210911_233403_854backend

Qızıl medal qazandığım üçün sevincliyəm”

“Çox həyəcanlı idim. Qızıl medal qazandığım üçün sevincliyəm”.
Doğru.az “Report”a istinadən xəbər verir ki, bunu MDB Oyunlarının qalibi olan Azərbaycan karateçisi İnci Əzizova deyib. 50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, bu titul onun karyerasında xüsusi əhəmiyyətli rol oynayır:
“Yarış ilk dəfə keçirildiyi üçün tarix yazdığımızı düşünürəm”. Yarışda Azərbaycan idmançıları arasında ən çox döyüş keçirən Əzizova yalnız bir görüşdə uduzduğunu xatırladıb:
“Məğlubiyyətə baxmayaraq, qrupu birinci pillədə tamamladım. Çünki həmin qarşılaşmanın heç bir əhəmiyyəti yox idi. Sadəcə, dairəvi sistem olduğu üçün hamı bir-biri ilə qartşılaşmalı idi”.
O, I MDB Oyunlarından öncə qazandığı nailiyyətləri də sadalayıb: “Xorvatiyada keçirilən Dünya Kubokunda ikinci, Avropa çempionatında isə 5-ci olmuşdum.
MDB Oyunları ilk dəfə keçirildiyi üçün hamı yarışa ciddi hazırlaşmışdı. Bütün idmançılar həvəsli idi. Bu cür nəticələr qazanacağımızı gözləyirdik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki