image-2000x150px
image-123
image-ads_atlas
image-albackend

Qocaman şair vəfat edib – FOTO

image-728x90px

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

Bu barədə “Report”a AYB-dən məlumat verilib.

Bildirilib ki, 84 yaşlı şair bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Orada Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb.

Onun ilk şeirləri “Sovet Ermənistanı”, “Ədəbi Ermənistan” almanaxında çap olunub. İlk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görüb. “Sona bulağı” kitabı şairin oxucularla ilk görüşü olur. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki