image-n1karobka_ads
image-123
image-image00139backend

Qubada gənc qadınların məşğulluğu ilə bağlı təlimlərə start verildi – FOTO

image-ad_qayo_720x110px

“Doğru.az” xəbər verir ki, “Gənc qadınların məşğulluq imkanlarının və iqtisadi təşəbbüskarlığın təşviqi” layihəsi çərçivəsində ilk təlimlərə Quba şəhərində start verilib.

Təlimlər Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlunun açılış nitqi ilə başlayıb. 24-25 iyul tarixlərində keçirilən proqramda Eyvaz Xeyrullayevin iştirakı ilə gənc qadınların əmək bazarındakı çətinlikləri, bacarıq ehtiyacları, karyera inkişafında qarşılaşdıqları problemlər və onların mümkün həll yolları ətraflı müzakirə olunub.

Təlimlərdə iştirak edən 20 gənc qız məşğulluq və sahibkarlıqla bağlı nəzəri və praktiki biliklər əldə edib. Onlar biznes planlaması, yumşaq bacarıqlar, iqtisadi dayanıqlılıq kimi mövzular üzrə məlumatlanıblar.

Eyni zamanda layihə çərçivəsində sosial şəbəkələrdə maarifləndirici onlayn kampaniyaya start verilib. Artıq 6 paylaşım yayımlanıb. Mövzular arasında “Məşğulluq nədir?”, “Sahibkarlıq nədir?”, “Qadınlar iqtisadiyyatda: hüquqlar və imkanlar” və “Regionlarda qadın məşğulluğu” kimi başlıqlar yer alır. Növbəti mərhələdə isə sahibkarlıq bacarıqları, biznesin qurulması və uğurlu qadın sahibkarların təcrübələri təqdim olunacaq.

Qeyd edək ki, təlimlər başa çatdıqdan sonra “Uğurlu Qadınlar – Uğurlu Gələcək” adlı forum keçiriləcək. Layihə növbəti mərhələdə Lənkəranda davam edəcək.

Qeyd olunan təşəbbüs Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

DOĞRU.AZ

image-image00223 image-image00020 image-image00063 image-image00154 image-image00055 image-image00159 image-image00079

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki