image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210429_203253_203backend

Qurban Qurbanov: “İki variant var idi…”

image-728x90px

“Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Onlara hər hansı irad bildirmək istəmirəm. Çox yorulublar. Qarşıda vacib oyunlar var. Onların bərpasına fikir verməliyik. Finaldakı komandalara uğurlar arzu edirəm”.

Doğru.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurbanov evdə “Qarabağ”ı məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Mahir Emrelinin penalti nöqtəsinə yaxınlaşmamasının səbəbini açıqlayıb: “Zərbəni vuranları əvvəldən yazmışdım. 9-cunu Mahir vurmalı idi. “Qəbələ” ilə görüşdə penaltini vura bilmədiyi üçün psixoloji gərginliyi ola bilərdi”.

Qurbanov Abdullah Zubirlə Emrelini meydana gec buraxmasını zədə və yorğunluqla əlaqələndirib: “Qarşıdakı matçlara görə onları qorumaq istəyirdim. Çünki qarşıda vacib matçlar var. Bizdə xahişlə oyuna çıxmaq olmur. Şahruddin Məhəmmədəliyev təcrübəli qapçıdır. Məşqlərini edirdi”.

Baş məşqçi rəqibin müdafiədən oynamasına da toxunub: “İki variant var idi. Rəqib ya ilk oyundakı kimi, ya da öz sevimli sistemi ilə oynamalı idi. Bu gün 4-lü müdafiə ilə meydana çıxmışdılar”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki