image-n1karobka_ads
image-123
image-img-20250526-wa0183backend

Regina Todorenko və Miloş Bikoviç DREAM Fest 2025-in aparıcıları olacaq

Doğru.az xəbər verir ki, 23–26 iyul tarixlərində Sea Breeze kurort şəhərciyində keçiriləcək beynəlxalq musiqi festivalı DREAM Fest 2025-in aparıcıları bəlli olub. Festivalın səhnəsini bu il məşhur teleaparıcı və müğənni Regina Todorenko, eləcə də tanınmış aktyor Miloş Bikoviç təqdim edəcək.

Regina Todorenko DREAM Fest izləyicisinə artıq tanışdır. O, 2024-cü ildə ilk festivalın aparıcısı kimi parlaq çıxışı ilə yadda qalıb və elə həmin vaxt Bakıya yenidən qayıtmaq istədiyini bildirib:
“Artıq növbəti festivalda yenə aparıcı olacağımı planlaşdırıram. Hətta gələn il yaşayacağım evi də rezerv etmişəm. Burada, Bakıda. Festivalın təşkilatçılığı mənə çox xoş gəlir,” – deyə Todorenko vurğulayıb.

Miloş Bikoviç üçün isə DREAM Fest səhnəsində çıxış ilk olacaq. Festival çərçivəsində keçiriləcək axşamlardan biri əfsanəvi sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq və Bikoviçin həmin axşamda iştirakı simvolik məna daşıyacaq.

DREAM Fest 2025 dünyanın müxtəlif ölkələrindən sənətçiləri və izləyiciləri bir araya gətirəcək. Musiqi proqramında EMIN, Timati, JONY, Yeqor Krid, OTTAWAN, AQUA, Sandra, HADDAWAY, Alsu və digər məşhur ifaçılar çıxış edəcək.

Festival hər il daha da böyüyərək regionun ən mühüm mədəni tədbirlərindən birinə çevrilməkdədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki