image-2000x150px
image-123
image-ads_atlas
image-_mg_6922backend

“Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində masterklaslar davam edir

image-728x90px

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “ArtColab” rəssamlıq kursunun dəstəyi ilə həyata keçirilən “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində masterklaslar davam edir.

Rəssam Casiyət Abdullayeva tərəfindən “ArtColab” rəssamlıq kursunda karantin qaydalarına əməl olunaraq baş tutan masterklaslar zamanı gənclər kətan üzərində yağlı boya ilə rəsm çəkib, həvəskar yaradıcılıq nümunələri ərsəyə gətiriblər. Qısa müddət ərzində layihədən artıq 100-ə yaxın gənc yararlanıb.

Qeyd edək ki, “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə “Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində baş tutur.

DOĞRU.AZ

image-_mg_6928 image-_mg_6905 image-img_3723 image-_mg_4793 image-_mg_6922 image-_mg_5743 image-_mg_5316 image-_mg_5260

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki