image-n1karobka_ads
image-123
image-ictimai_f1ef409f2f0cec64169051d3f1b7d73b_znts5gbxfrvu7y1iokme-620x460backend

“Rəqəmsal Mühasibatlıq Akademiyası” layihəsinin icrasına start verildi

Gənc Mühasiblər İctimai Birliyinin “Rəqəmsal Mühasibatlıq Akademiyası”  layihəsinin icrasına başlanıldı. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə dəstəyi ilə həyata keçirilir.

Belə ki, Layihənin əsas məqsədi Azərbaycanda mühasibatlıq sahəsində təhsilin keyfiyyətini artırmaq, gənclərin karyera inkişafına dəstək olmaq və mütəxəssislərin yetişməsini təşviq etmək, bu istiqamətdə rəqəmsallıqdan istifadə etməklə gənclərə vahid platforma təqdim etməkdən ibarətdir. Məhz mühasibatlıq sahəsində peşəkar bilik və bacarıqları əldə etmək istəyən hər kəsə açıq olan bir platforma yaratmaqla, əmək bazarında mühasibatlıq ixtisasi üzrə tələblərə cavab verən gənclər yetişdirmək layihənin əsas istiqamətidir. Bu layihənin əsas istiqaməti məhz mühasibatlıq sahəsində gənclərin mütəmadi və hərtərəfli inkişafını təmin etmək üçün rəqəmsal mühasibatlıq platformasını yaratmaqdır. Bu platforma Azərbaycanda ilk onlayn mühasibatlıq dərsləri, kursları təqdim edən, həmçinin gənclərin məşğulluğuna dəstək olan, mühasibatlıqla bağlı hərtərəfli məlumatlar, xəbərlər, layihələri özündə birləşdirən innovativ bir platforma kimi nəzərdə tutulur. Bu platforma mühasibatlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən hər kəs üçün geniş imkanlar təqdim edir. Platforma sayt formasında olmaqla interaktiv kurslar, qiymətləndirmə sistemləri, sertifikasiya, CV bazası və karyera dəstəyi ilə istifadəçilərə bu sahədə peşəkar inkişafı təmin etməyə kömək edəcək.

Saytın yaxın günlərdə təqdimatı nəzərdə tutulur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki