image-n1karobka_ads
image-123
image-17531849042225633421_1200x630backend

Rəşad Nəbiyev Füzulidə vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 25-də Füzuli rayonunun Horadiz şəhərində sakinlərlə görüşəcək.

Doğru.az xəbər verir ki, nazirin görüşü saat 09:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinləri iştirak edəcək.

Nazirlikdən bildirilib ki, Rəşad Nəbiyev nəqliyyat, telekommunikasiya, internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.

Görüşdə iştirak etmək istəyənlər iyulun 24-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655), elektron poçtu (office@mincom.gov.az) və 010 250 48 48, 012 598 58 58 (daxili 222 və 290) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, bu qəbul iyul ayı üzrə şəhər və rayonlarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vətəndaşlarla görüş cədvəlinə uyğun həyata keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki