image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210616_093813_556backend

Ronaldo qələbədən sonra bunları dedi

image-728x90px

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Macarıstana 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Doğru.az xəbər verir ki, UEFA tərəfindən görüşün ən yaxşısı seçilən 36 yaşlı hücumçu qurumun saytına açıqlamasında deyib: “Ən əsası qələbə qazanmaq idi. Oyun çətin keçdi, rəqib çox yaxşı müdafiə olundu. Ancaq üç qol vurduq və komandaya iki qol vurmağımda kömək etdiyinə görə minnətdaram.

Özünəinam üçün turnirə yaxşı başlamaq vacib idi. İndi eyni ruhda davam etməli və növbəti matçı qazanmalıyıq”. Qeyd edək ki, Ronaldo Macarıstanla görüşdə dubla imza atıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki