image-n1karobka_ads
image-123
image-6826f15f02e8bd5b5045bdbebackend

Rubio İstanbulda Türkiyə və Ukrayna xarici işlər nazirləri ilə danışıqlar aparacaq

ABŞ dövlət katibi Marko Rubio İstanbulda diplomatik məsləhətləşmələr çərçivəsində Türkiyə və Ukraynanın xarici işlər nazirləri ilə görüşəcək.

TASS bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Bu danışıqlarda Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın da iştirak edəcəyi qeyd edilir.

Mayın 16-da səhər ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna nümayəndə heyətləri arasında mümkün danışıqlardan əvvəl İstanbula gəlib .

Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ-ı İstanbulda keçiriləcək danışıqlarda Dövlət Departamentinin rəsmisi Maykl Anton təmsil edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki