Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda artıq saat 13:30-a kimi 5,2 milyon vətəndaş səs verib ki, bu da seçicilərin 29%-dən çoxunu təşkil edir.
Doğru.az xəbər verir ki, bu barədə yerli DIGI24 nəşri məlumat yayıb.
“Ekspertlər bu seçkilərin qalibinin müəyyən edilməsində seçici fəallığının həlledici amil olacağını deyirlər”, – məqalədə deyilir.
Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir.
Mayın 18-də Rumıniyada təkrar prezident seçkilərinin ikinci turu başlayıb , bu turda Rumınların Birləşməsi uğrunda millətçi Alyansın lideri və Buxarestin meri Nikusor Dan iştirak edir.
Mayın 4-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda Simion 41 faiz, Dan 21 faiz səslə qalib gəlib.
DOĞRU.AZ