image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220406-175357_gallerybackend

Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılışı olub – FOTO

image-728x90px

Bu gün Beynəlxalq Muğam Mərkəzində Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub.

Dogru.Az xəbər verir ki, açılış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-nun vitse-prezidenti, “Culio Onesti” Fondunun idarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak edib.

Anar Kərimov layihəyə Mədəniyyət Nazirliyi olaraq dəstək vermələrinin əsas səbəbini vurğulayıb: “Birincisi, bu il MOK-un 30 illik yubileyidir. MOK bu 30 ildə şərəfli və uğurlu bir yol keçib. Hansı ki sözügedən uğurların təməlində Ümummilli lider Heydər Əliyəvin fəaliyyəti və təşəbbüsü dayanır. İkincisi isə, idman və mədəniyyət daima bağlılıq və vəhdət halındadır. Bu da hər iki sahənin inkişafına təkan verən səbəblərdir”.

Sonra tədbirin mükafatlandırma hissəsi baş tutub.

Birinci yerə qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), ikinci yerə karate kateqoriyasında Gökhan Taner (Türkiyə), üçüncü yerə isə həmyerlimiz Nəriman Babayevin “Gənc karateçilərin yarışın açılışında nümayiş etdikləri fənd hərəkətləri” kateqoriyasında layiq görülüb.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisi 6-16 aprel tarixlərində Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.

DOĞRU.AZ

image-ilg_0703 image-ilg_0704 image-ilg_0698image-ilg_0673 image-ilg_0682 image-ilg_0708 image-ilg_0710 image-ilg_0712 image-ilg_0714 image-ilg_0716 image-ilg_0752 image-ilg_0765 image-ilg_0841 image-ilg_0827

image-ilg_0798 image-ilg_0749

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki