image-n1karobka_ads
image-123
image-17611212882160552427_1200x630backend

Rusiya Azərbaycan vətəndaşlarını ekstradisiya edib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatətləri əsasında Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyası Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barələrində təqsirləndirilən şəxs qismində qərarlar qəbul edildikdən sonra istintaqdan yayındıqları üçün beynəlxalq axtarışa verilmişdilər.

Həmin şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki