image-2000x150px
image-123
image-ads_atlas
image-qemtwkcoiisjevb3zbmpnjx8sthhfcwx0ssnnbdubackend

Rusiya qırıcısı ABŞ PUA-sını raketlə vurdu – VİDEO

image-728x90px

Rusiya qırıcısı ABŞ-yə məxsus pilotsuz uçuş aparatına yaxın məsafədə uçaraq ona siqnal raketləri ilə atəş açıb.

ABŞ Hərbi Hava Qüvvələri nümayəndəsinin sözlərinə görə, insident bazar günü, iyulun 23-də baş verib.

O, bildirib ki, rusiyalılar “MQ-9 Reaper” dronunu vurmağa çalışıblar.

“Rusiya raketlərindən biri “MQ-9” PUA-sına tuş gələrək onun pərinə ciddi ziyan vurub. Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribatçı və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general-leytenant Aleks Qrinkeviç deyib.

Onun sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytara bilib.

Mənbə: rbc.ua

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki