image-ads_n1karobka_mobile
image-68d9a2b802e8bd3f8b3581edbackend

Rusiya səfiri: NATO qoşunlarının Ukraynaya göndərilməsi qəbuledilməzdir

image-add-a-heading

Avropalı siyasətçilərin Ukraynaya hərbi kontingent göndərilməsi barədə açıqlamaları münaqişənin həlli prosesinə mane olur.

Doğru.az xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin RİA Novosti-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, NATO qoşunlarının Ukraynaya göndərilməsi Moskva üçün qəbuledilməzdir.

“Avropa liderlərinin kontingentin göndərilməsi məsələsi ilə məşğul olması Ukraynadakı münaqişəyə son qoymaq üçün siyasi prosesin irəliləməsinə mane olur”, – Kelin vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Fransa və Britaniyadan olan karyeralı hərbçilərin ilk qrupunun Odessaya daxil olduğunu açıqlamışdı.

Bundan əlavə, Xerson vilayətinin qubernatoru Volodimir Saldo NATO ölkələrinin Odessaya qoşun yeritməsini Rusiyanı təxribata cəlb etmək cəhdi kimi qiymətləndirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki