image-n1karobka_ads
image-123
image-68ace6d0ae5ac934ae23bccdbackend

Rusiya səfiri: Serbiyada etirazların payız boyu davam edəcəyi gözlənilir

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko “RİA Novosti”yə müsahibəsində Serbiyada siyasi böhranın yenidən kəskinləşdiyini bildirib. Onun sözlərinə görə, yay tətili zamanı aksiyalara qısa fasilə verilməsi təşkilatçılar tərəfindən məqsədli şəkildə edilib, çünki həmin vaxt prosesə az sayda insan qoşula bilərdi.

“Pauza başa çatdı. İndi yenidən başladı. Etirazların qısa fasilədən sonra bərpa olunacağını güman edirdik. İndi biz daha aktiv həyata doğru irəliləyirik, bu isə daha aktiv etiraz dövrünə ehtiyac olduğunu göstərir”, – Botsan-Xarçenko qeyd edib.

Diplomatın proqnozuna görə, etiraz aksiyaları payız mövsümü boyu davam edəcək. O əlavə edib ki, hazırda Serbiyada “rəngli inqilab”ın liderləri görünmür, lakin aksiyaların əsas məqsədi ölkədə və hökumətdə sabitliyi pozmaqdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki