image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_704036482-pic_32ratio_900x600-900x600-46082backend

Rusiya Sənaye və Ticarət Nazirliyi Hindistandan dərman idxalı ideyasını dəstəkləməyib

image-728x90px

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi Hindistandan gələn dərmanların paralel idxal olunan mallar siyahısına daxil edilməsinə qarşı çıxıb.

TASS agentliyi bu barədə Dövlət Dumasının sədr müavini Vladislav Davankovun nazirliyə sorğusuna cavabına istinadən xəbər verir.

Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, paralel idxalın tərkib hissəsi kimi hind dərmanlarının idxalı dərmanların keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, rusiyalıların sağlamlığı üçün də ciddi nəticələrə səbəb ola bilər.
Davankov bir müddət əvvəl Hindistandan və digər ölkələrdən dərmanların rupiyə alınması imkanlarını nəzərdən keçirməyi xahiş edib. O, bu təklifi keçmiş maliyyə naziri Mixail Zadornovun Hindistanda “ilişib qalmış” rupilərlə bağlı açıqlaması ilə əlaqələndirib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki