image-2000x150px
image-modern-az-07-04-2021-1617784413-e1617786298611backend

Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağı müzakirə etdi

image-728x90px

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Doğru.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, söhbət əsnasında bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi bölgələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xatırladaq ki, bundan əvvəl mayın 17-də Rusiya və Ermənistanın müdafiə idarələri rəhbərləri arasında baş tutan telefon danışığında da ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki vəziyyət və Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatının müzakirə edildiyi açıqlanmışdı.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki