image-n1karobka_ads
image-123
image-696ad582ae5ac969ad091bf6backend

Rusiyada dron təhlükəsi: xəbərdarlıq

image-add-a-heading

Rusiyada bir sıra bölgələrdə pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhlükə elan edilib.

Doğru.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi öz rəsmi tətbiqi vasitəsilə Tatarıstan Respublikasında dron təhlükəsi barədə əhaliyə xəbərdarlıq yayıb.

Nazirliyin açıqlamasında bildirilir: “Diqqət! Tatarıstan Respublikasında ‘Təhlükəli Pilotsuz’ rejim elan edilib.”

Eyni zamanda Orenburq vilayətində də PUA hücumu ehtimalı ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl ölkənin hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki