image-2000x150px
image-123
image-ads_atlas
image-19393_o5y48bfmtmbackend

Rusiyadan sərhəddəki vəziyyətlə bağlı Bakı və İrəvana yardım təklifi

image-728x90px

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə danışıqların ardından açıqlama verib.

“Dünən KTMT Xarici İşlər Nazirlərinin işinə qeyri-rəsmi olaraq başladıq. Erməni həmkarlarımızın müraciətinə baxdıq və bu tələbə uyğun olaraq İrəvanla Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik. Rusiya Federasiyası bu məqsədlə ortaq bir Ermənistan-Azərbaycan komissiyasını yaratmaq təşəbbüsü ilə çıxış edərək sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyi təklif edib, əgər istək olarsa, bu komissiyada Rusiyanın vasitəçi kimi iştirak edə bilər”, – deyə Lavrov qeyd edib.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki