image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220101_192458_116backend

Rusiyanın tanınmış voleybolçusu ürək tutmasından ölüb

image-728x90px

Rusiya millisinin sabiq voleybolçusu Vadim Xamutskix 52 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, veteran oyunçunun ölümünə ürək tutması səbəb olub.

Əməkdar idman ustası ötən gecə vəfat edib.

Qeyd edək ki, Vadim Xamutskix yığmanın heyətində Sidney-2000 Yay Olimpiya Oyunlarında gümüş, Afina-2004 və Pekin-2008-də isə bürünc medal qazanıb.

O, həmçinin Dünya Kuboku, Dünya Liqasının qalibi, dünya çempionatının gümüş mükafatçısı (2002) olub.

Xamutskix Avropa çempionatında 2 dəfə gümüş və 2 dəfə bürünc medallara sahib çıxıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki