image-n1karobka_ads
image-123
image-445710188_0_320_3072_2048_1920x0_80_0_0_83f722d9c4794a9d94a75fdacbcd0573backend

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 90 600 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 917 tank, 5 886 zirehli maşın, 1 906 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 263 helikopter, 1 572 PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 4 472 avtomobil texnikası və avtosistern, 163 xüsusi texnikadan ibarətdir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki