image-n1karobka_ads
image-123
image-yaponiyabackend

Rusiyanın Yaponiyadakı səfirliyində zəlzələdən zərər çəkən ruslar barədə məlumat yoxdur

Rusiyanın Yaponiyadakı səfirliyində Tokionun şərqindəki Çiba prefekturasında baş verən zəlzələdən zərər çəkmiş ola biləcək Rusiya vətəndaşları barədə məlumat yoxdur.

Bu barədə RİA Novosti-nin müxbirinə Rusiya Federasiyasının Yaponiya paytaxtındakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Səfirlik dəqiqləşdirib ki, hazırda Yaponiyada Rusiya vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.

Bundan əvvəl bildirilib ki, mayın 11-nə keçən gecə Tokionun şərqində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb. Qurbanların hamısı 60-80 yaş arası qadınlardır, onlar yıxılma nəticəsində xəsarət alıblar. Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki