image-2000x150px
image-123
image-ads_atlas
image-37-derece-istiabackend

Sabah 41 dərəcə isti olacaq

image-728x90px

Azərbaycanda avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə isti, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55, gündüz 25-30 faiz olacaq.

Abşeron çimərliklərində şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18 isti, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki