image-2000x150px
image-comp-versiya
image-1584686949_1580546475_yazbackend

Sabah Yay havası olacaq

image-728x90px
Aprelin 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə  isti olacaq.
Atmosfer təzyiqi  763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.
Aprelin 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DOĞRU.AZ
image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki