image-n1karobka_ads
image-123
image-4827d72e-d631-44a9-9fa5-9fd13cd7be4dbackend

Sabiq icra başçısının gözləri tutulub, əməliyyat olunub

Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı, YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin gözləri tutulub.

Sabiq icra başçısı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilərək, əməliyyat olunub.

Məsələ ilə bağlı açıqlama verən Şəmsəddin Xanbabayev bildirib ki, bu gün xəstəxanadan evə buraxılıb:

“Gözlərim mirvari suyu ilə tutuldu. Həkimlərin səyi nəticəsində görmə qabiliyyətim nisbətən bərpa olundu. İnşallah tədricən, müalicələrlə düzələcəm”. Qaynarinfo.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki