image-n1karobka_ads
image-123
image-screenshot_20251115_223523_gallerybackend

Sabirin şeirini dəyişdirib mahnı etdilər — Sənətçilərdən SƏRT REAKSİYA

image-ad_qayo_720x110px

Son günlər sosial medianın yerli seqmentində Mirzə Ələkbər Sabirin şeirinə yazılmış yeni mahnı sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Doğru.az xəbər verir ki, kimliyi hələlik açıqlanmayan xanım ifaçı şairin “Qoyma, gəldi!” şeirinin sözlərinə mahnı səsləndirib. Lakin bəzi misraların dəyişdirilməsi sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.

Bildirilir ki, Sabirin orijinal mətnindəki “İyrənmişəm ağzının suyundan” misrası mahnıda “Adətdir, yəqin, gəlir soyundan” kimi təqdim edilib. Bu dəyişiklik geniş tənqid doğurub və mövzu sənət adamlarının da sərt reaksiyasına səbəb olub.

“Maqazin Plus” verilişinə danışan Xalq artisti Zabit Nəbizadə məsələni kəskin tənqid edib:
“Belə oxumaq olmaz. Bizim musiqimiz ged-gedə yoxa çıxır. Axı niyə gedib başqa işlə məşğul olmursunuz? Hər yerindən duran oxumaq istəyir”.

Əməkdar artist İlkin Əhmədov da narazılığını bildirib:
“Bu nə mahnıdır? Bu nə yanaşmadır? Ona mahnı deməyə adamın dili gəlməz. Hətta sözləri də dəyişiblər. Belə şeylərə yol vermək olmaz!”

Daha ətraflı — videoda.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki