image-n1karobka_ads
image-123
image-17612880993180015900_1200x630backend

Sabunçuda 11 kiloqramdan artıq narkotik götürülüb

image-ad_qayo_720x110px

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb. Ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

Doğru.az-ın məlumatına görə, saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Qeyd olunur ki, Sabunçu rayonunda polis əməkdaşlarının cari ilin əvvəlindən indiyədək keçirdiyi əməliyyatlarda ümumilikdə 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki